Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dr. Mehmet Öz açıqladı: Hamının evində olan bu məhsullar insan ömrünü 10 il qısaldır

  • 2024.02.29 15:07
  • 1913 Baxış
Dr. Mehmet Öz açıqladı: Hamının evində olan bu məhsullar  insan ömrünü 10 il qısaldır
Gündəlik həyatda tez-tez istifadə olunan bəzi məhsullar insan orqanizminə mənfi təsir edir.

Medicina.az xəbər verir ki, Dr. Mehmet Öz kimyəvi maddələr ehtiva edən bəzi məhsulların insan həyatını ən az 10 il qısaltdığını açıqlayıb.

Onun sözlərinə görə, hər kəsin evdə istifadə etdiyi və zərərlərindən xəbərsiz olduğu bəzi məhsullar əslində insan sağlamlığı üçün böyük təhlükə yaradır. Bu cür maddələrlə təmasda olmaq, onların yaxınlığında tənəffüs etmək və onları evin içində saxlamaq insanı yavaş-yavaş zəhərləyir.

Həmin məhsullar aşağıdakılardır:

Tərkibində NPE olan yuyucu vasitələr

“Nonilfenol etoksilat” kimi tanınan kimyəvi maddə bir çox məhsulda mövcuddur. Xüsusilə yuyucu toz, şampun və təmizlik materiallarında olan bu maddə insanların hormonlarına zərər verə bilər.

“Nonilfenol etoksilat” menstrual tsikli və reproduktiv sistemi pozur. Bu maddəyə həddindən artıq məruz qalmaq insanlarda sperma sayını azaldır.

Buna görə də şəxsi qulluq və təmizlik vasitələrinin tərkibinə çox diqqət yetirilməlidir.

Naftalin

Dr. Mehmet Özün dediyinə görə, digər zərərli material naftalindir. Vanna otağında və ya qarderoblarda istifadə olunan naftalin tabletlərinin tərkibində kanserogen maddələr var. Naftalin tabletlərini daha müasir məhsullarla əvəz etmək lazımdır.

Şüşə təmizləyici spreylər

Şüşə təmizləyici spreylər də tərkibindəki kimyəvi maddələrə görə insan sağlamlığına böyük zərər verə bilər. Bir çox şüşə təmizləyici məhsulda ammonyak var. Ammonyak nəfəs aldıqda tənəffüs sisteminin qıcıqlanmasına səbəb olur. Bəzi şüşə təmizləyicilərində istifadə edilən ətirlər və rəngləndiricilər isə dəridə allergik reaksiyalara və ya həssaslığa səbəb ola bilir.
Pəncərələri təmizləyərkən bu vasitələrlə təmasda olmaq və nəfəs almaq problem yaşamaq üçün kifayətdir. Şüşə təmizləyici spreylər dəri, göz və tənəffüs sisteminə ciddi ziyan vurur.

Pestisidlər

Evlərdə və həyətlərdə istifadə edildikdə, pestisidlər adi gözlə görünməyən zərərli maddələr buraxır. Bunlar daha çox sprey və ya buxar halında istifadə olunur. Bu isə inhalyasiya yolu ilə kimyəvi maddələrin bədənə daxil olmasını asanlaşdırır. Onların qoxusuz versiyaları nə qədər zərərsiz görünsə də, orqanizmə pis təsir edir. Pestisidlər uşaqlar və ev heyvanları üçün xüsusilə təhlükəli ola bilər. Buna görə də, bu cür kimyəvi maddələrin saxlanması və istifadəsi zamanı çox diqətli olmaq lazımdır. Ən yaxşısı isə həşərat problemlərindən xilas olmaq üçün daha təbii üsullara müraciət etməkdir.


Gül