Döymə etdirən hər on insandan doqquzu orqan zədələnməsinə səbəb olan kimyəvi maddələrə məruz qalır.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da 54 döymə mürəkkəbi nümunəsi üzərində aparılan sınaqlar onların 45-nin tərkibində etiketdə qeyd olunmayan birləşmələrin olduğunu göstərib. Bunlar orqan zədələnməsinə səbəb ola biləcək kimyəvi maddələrdir.
Ən çox rast gəlinən maddə böyrəklərdə nekroza gətirib çıxaran “polietilen qlikol” olub. Digər iki maddənin isə sinir sisteminin disfunksiyasına səbəb ola bilən “fenoksietanol” və bir antibiotik olduğu bildirilib.
Mürəkkəblərdə olan “polietilen qlikol” qalınlaşdırıcı vasitə kimi istifadə olunur və döymələrin tətbiqini asanlaşdırır.
Araşdırma göstərib ki, döymə etdirmək 90 faiz ehtimalla orqanlara zərər vermək mənasına gəlir.
Araşdırmanın nəticələri “Analytical Chemistry” jurnalında yayımlanıb.
Gül