“Dövlət poliklinikasında və ya özəl klinikada uşaqların peyvənd olunması arasında heç bir fərq yoxdur. “Özəldə” vurulan peyvəndin daha keyfiyyətli olması barədə yayılan söz-söhbətlər şaiyədir. Belə məlumatları uydurmaqda marağı olan şəxslər var”.
"Medicina" xəbər verir ki, pediatr Aytən İsmayılzadənin sözlərinə görə, pullu peyvəndlə pulsuz arasında guya fərqin olması valideynləri çaşdırır.
Həkimin sözlərinə görə, peyvəndlərin vurulmasında yaranan qiymət fərqləri də şişirdilmiş rəqəmlərdir, keyfiyyətə təsir etmir.
“Niyə ailə baha da olsa, pul tapıb özəldə peyvənd etdirsin, amma poliklinikada o uşağın adına gələn peyvənd sahibsiz qalsın. Üstəlik, “özəldə “imkan yoxdur” poliklinikada da pisdir” deyib peyvənd etdirməyənlər də var. Belə olduqda ya ailə yersiz yerə maddi itkiyə məruz qalır, ya da uşaq peyvəndsiz”.
“Unutmayın ki, peyvəndin vacibliyi onun qoruduğu xəstəliklərin təhlükəsi qədərdir. Peyvəndin keyfiyyəti isə onun qoruyuculuğu ilə ölçülür. Qızılcaynan bağlı yaranan son hadisələr də göstərdi ki, əgər biz buna hazır deyiliksə, əgər bu xəstəlikdən zərər çəkən uşaqlar olacaqsa, hər kəs məsuliyyət daşıyacaq”.
Aygün Musayeva