Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dövlət Miqrasiya Xidmətində AMM əməkdaşları üçün təlimlər başladı - FOTO

  • 2023.09.11 14:41
  • 2922 Baxış
Dövlət Miqrasiya Xidmətində AMM əməkdaşları üçün  təlimlər başladı - FOTO
Azərbaycan Miqrasiya Mərkəzinin (AMM) rəhbərliyi ilə Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini Kəyan Hacıyev arasında görüş keçirilib.


Bakupost.az xəbər verir ki, Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsində keçirilən görüş zamanı AMM sədri Elçin Məlikli rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Miqrasiya İnformasiya Mərkəzinin yaradılması” layihəsi haqqında məlumat verib.


O, layihənin əsas məqsədinin xaricə getmək istəyən potensial miqrantları məlumatlandırmaq, hüquqi prosesləri təşviq etməklə qanunsuz miqrasiyanın qarşısının alınmasında aidiyyəti dövlət qurumlarına dəstək verməkdən ibarət olduğunu bildirib.


E.Məlikli layihənin Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq şəraitində həyata keçirilməsinin, eyni zamanda, layihə çərçivəsində işə götürülən əməkdaşların təcrübələrinin artırılması üçün DMX mütəxəssisləri tərəfindən onlar üçün kursların təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.


DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini Kəyan Hacıyev isə “Miqrasiya İnformasiya Mərkəzinin yaradılması” layihəsinin əhəmiyyətini vurğulayıb. O, təmsil etdiyi qurumun qeyri-hökumət təşkilatları ilə əməkdaşlığından və bu əməkdaşlığın miqrasiya sahəsində proseslərin tənzimlənməsində rolundan söz açıb.
K.Hacıyev AMM-in müraciətinə əsasən, bu qurumun əməkdaşlarının təcrübəsinin artırılması məqsədilə DMX-nin Çağrı Mərkəzinin fəaliyyəti, habelə ümumi miqrasiya qanunvericiliyi, miqrasiya prosesləri, vətəndaşların qəbulu və müraciətlərinə baxılması qaydaları ilə bağlı keçiriləcək təlimlər haqqında məlumat verib.


Daha sonra DMX mütəxəssisləri tərəfindən AMM-in “Miqrasiya İnformasiya Mərkəzinin yaradılması” layihəsinə cəlb olunan əməkdaşları üçün bir neçə günlük təlimlərə start verilib.












Zaur
BakuPost


Bu yazı “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya İnformasiya Mərkəzinin yaradılması” layihəsi çərçivəsində hazırlanmışdır.