Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusun qurbanı oldu

  • 2021.09.13 11:30
  • 1057 Baxış
Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusun  qurbanı oldu
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.

Bu barədə Medicina.az -a Komitədən məlumat verilib. Qeyd edilib ki, Alim Süleymanov koronavirus səbəbindən vəfat edib.

Qeyd edək ki, A.Süleymanov 22 sentyabr 1955-ci ildə Zəngilan rayonunda anadan olub. O, 2015-ci ildən Komitənin Aparat rəhbəri vəzifəsində çalışırdı.

A.Süleymanov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.