Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar icbari tibbi sığorta haqqından azaddırlar.
Medicina.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.
Z.Əliyev bildirib ki, həmin şəxslər üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
O qeyd edib ki, pilot layihə müddətində Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında anadangəlmə ürək qüsuru olan 27 uşağın əməliyyat olunması təmin edilib.