Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Doğuşda ölmək riskini belə azaldın - VACİB məsləhətlər

  • 2019.07.31 10:30
  • 8558 Baxış
Doğuşda ölmək riskini belə azaldın -  VACİB məsləhətlər
Son 1 ildə Azərbaycanda doğuş zamanı ana və körpə ölümlərinin sayı həddən çox artıb. Əhali bu hallarda əsasən həkimlərin səhlənkarlığından şikayət edir, həkimlər isə əhalidən.


9 saylı qadın məsləhətxanasının baş həkimi, ginekoloq Tərifə İsgəndərova Medicina.az-a müsahibəsində doğuşlar vaxtı qeydə alınan ölüm hallarının səbəblərindən danışıb və hamilələrə bəzi məsləhətlər verib.

 


- Tərifə xanım, son zamanlar ölkədə doğuş zamanı ana və uşaq ölümlərinin artması müşahidə edilir. Bu nə ilə bağlıdır?

 

- Ana ölümü olmasın deyə bütün mamaginekoloji müəssislər çalışır. Ancaq bəzən görürsən ki, uşaq vaxtından gələn xəstəliklər hamiləlik vaxtı kəskinləşir və ya hansısa fəsadlar törədir. Bu zaman patologiyanın qarşını almaq üçün tədbirlər vaxtında görülə bilmir. Bəzən görülür, amma effektli olmur. Yəni ölüm hallarının səbəbləri müxtəlifdir.


- Bu tip hadisələrin olmasında daha çox kimdir günahkar: həkimlər, yoxsa hamilə qadınlar?

 

- Araşdırmalara görə, bəzən həkim günahkardır. Amma elə zaman var ki, həkim bütün yardımları edib, ancaq xəstəlik əsaslı olduğu üçün öhdəsindən gəlinməyib. Bu suala tam düzgün cavab vermək mümkün deyil.

 

- Xanımların hamiləlik dövrü ərzində düzgün qidalardan istifadə etməmələri bu cür hadisələrin baş verməsinə səbəb ola bilərmi?


- Bəli, bu tip qidalar var. Məsələn, Fanta və ya Pepsi kimi içkiləri biz hamilə qadınların qidasında məsləhət görmürük. Xanımlar əsasən sonuncu aylarda yağlı ət məhsulları və toyuq yememəlidir. Ümumən hamilə xanımın qidası mükəmməl olmalıdır. Qadının qidası zəif olarsa, döl də yaxşı inkişaf eləmir, ananın özü də zəif olur.

 

Hamiləlik vaxtı hər dövrün öz qidaları var. Yəni ana nə yeməlidir, hamilə xanımların qida rasionunda nələr olmalıdır? Əslində hamilə qadın fasilələrlə 4 dəfə qidalanmalıdır. Normalda insan bəzən 3 dəfə qidalanır. Ona kifayət edir. Amma hamilə xanımın tələbatı artdığı üçün o, porsiyalarla daha tez-tez qidalana bilər. Lakin qida sağlam olmalıdır. Bu qidaların içərisində kimyəvi qatqılar olmasa yaxşıdır.

 

Eyni zamanda qış aylarında əsasən pomidor, xiyar və digər tərəvəzlərin istehlakı çox məsləhət görülmür. Həmçinin içərisində rəngli maddələr olan içkilər içilməməlidir. Daha çox qatıq, kəsmik, kefir, süd kimi qəbildən olan qidalardan, dəmirlə zəngin qidalardan, meyvə-tərərvəzlərdən istifadə edilməlidir.

 

- Hazırda xanımların əksəriyyəti demək olar ki, lazer epilyasiyalardan istifadə edirlər. Hamiləlikdən əvvəl bikini hissəyə edilmiş epilyasiya bu dövr ərzində hansısa problemlərin yaranmasına zəmin yarada bilər?


- Hamiləlik vaxtı lazer epilyasiya məsələhət görülmür. Bundan başqa, tatuajdan istifadə etmək olmaz. Onlar xəstəliklərə və infeksiyalara səbəb ola bilər. Məsələn, tatauj edən xanım ola bilər ki, hepotitə və ya başqa infeksiyaya yoluxsun. Həmçinin saç rəngləmələri də çox az olmalıdır. Çünki o da dəri vasitəsilə qadın orqanizminə təsir edir. Xanımların da lazer epilaysiyalardan istifadə etməsi məsləhət görülmür.

 

Amma hamiləlikdən əvvəl edilmiş epilyasiyanın heç bir ziyanı ola bilməz. Üzərindən bir müddət keçibsə, qadın hamilə qalıbsa, bunun nə təsiri ola bilər ki? O bədənində qalmır ki…

 

- Bizdə hamilə qadınlara adətən "çox gəzmə yorularsan, bunu etmə uşaq düşər” və s. bu tipdə davranışlar sərgilənir. Bunlar düzgündürmü?

 

- Əksinə, hamilələr hərəkətdə olmalıdır. Onlar idman etməlidir. Bu proses də 3 dövrə bölünür. Hamilələr bu məsələylə bağlı maarifləndirilməlidir. Məsələn dərslər var, bu zaman qadının doğuşa hazırlığı, sıx profilaktik hazırlığında həmin bədən tərbiyəsi idman növləri, xanımın necə oturması, necə hərəkət etməsi, havada nə qədər olması öyrədilir. Bunların hamısı xanımlar üçün vacibdir. Hamilə xanımlar təmiz havada olmalı və gəzməlidir. Əgər müəyyən problemi, yaxud onun düşüyə meyilliliyi, vaxtından əvvəl doğuşa meyilliliyi varsa, bu zaman yataq rejimi məsləhət görülür. Məsələhət görülmədiyi halda xanım gəzməli, yatmazdan əvvəl otağın havasını dəyişməlidir. Bu onun bədəninin oksigenə olan təminatını daha yaxşı tənzimləyə bilir. Gəzməmək, bir yerdə oturmaq, daima yeyib-yatmaq düzgün deyil. Hamilə qadın belə bəslənməməlidir. Əgər normal hamilədirsə aktiv olmalıdır. İşə belə gedib gələ bilər. Xanımlar rahat doğuş keçirmək üçün əslində hərəkətdə olmalıdır.

 

- Tərifə xanım, xaricdə hamilə xanımların rahat doğum edə bilmələri üçün üzmələri məsləhət görülür. Bizdə isə "üzmə, mikrob keçər” və s. deyirlər. Hansı doğrudur?


- Üzmə bilirsə üzsün. Heç bir problem yoxdur. Sadəcə uyğun olan su hövzəsini seçmək lazımdır. Su hövzəsinin və ya hovuzun təmizliyindən əmin olduğu halda hamilə xanımlar üzə bilər. O zaman heç bir problem yaşamayacaq. Təmizlik olan yerdə niyə də üzməsin?


- Hamilə xanımlar bu dövr ərzində daha nələrə diqqət yetirməlidir ki, sağlam doğuş həyata keçirə bilsinlər? Nə məsləhətləriniz var?


- Hamilə xanımların rahat doğması üçün vaxtında qadın məsləhatxanasında qeydiyyata düşməlidir. 3 ay müddətində bu edilməlidir. Bu mütdətdən 9 aya kimi müəyyən tövsiyyələr və məsələhətlər alacaqlar. Xanımların vaxtında aldıqları həkim tövsiyyələri və ailənin ona göstərdiyi qayğı onların rahat doğmasına, sağlam uşaq dünyaya gətiməsinə zəmin yaradacaq.

 

Doğuşda ölmək riskini belə azaldın -  VACİB məsləhətlər
Doğuşda ölmək riskini belə azaldın -  VACİB məsləhətlər