Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Doğuş zamanı sərxoş tibb işçiləri körpənin başını qopartdı - Hindistanda dəhşət

  • 2019.01.12 10:27
  • 8932 Baxış
Doğuş zamanı sərxoş tibb işçiləri körpənin başını qopartdı -  Hindistanda dəhşət

Hindistanda qeysəriyyə əməliyyatı zamanı faciə yaşanıb.


Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Ramqarx şəhərində baş verib. Belə ki, dövlət xəstəxanalarından birində qeysəriyyə əməliyyatı zamanı ana bətnindən uşağın bədənini çxarıblar. Tibb qardaşı ginekoloqa ciftin ana bətnində qaldığını deyib. O cifti çıxarmağa çalışsa da, bacarmayıb. Daha sonra xəstə başqa xəstəxanaya köçürülüb.


Digər xəstəxanada xəstəni əməliyyat edən həkimlər körpənin başının ananın uşaqlığında qaldığını aşkaylayıblar. Bu barədə təcili olaraq polisə məlumat verilib və cinayət işi açılıb. 


Doğuşun həyata keçdiyi tibbi mərkəzin rəhbəri olan həkim Nahil Şarma bildirib ki, o, doğuşda iştirak etməyib. Xəstənin həyat yoldaşının bildirdiyinə görə doğuşda iştirak edən tibb qardaşları sərxoş olublar. 


Arzu

Medicina.az

Doğuş zamanı sərxoş tibb işçiləri körpənin başını qopartdı -  Hindistanda dəhşət