Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Asqırmaq necə baş verir? - Maraqlı faktlar

  • 2019.03.14 12:15
  • 11116 Baxış
Asqırmaq necə baş verir? -  Maraqlı faktlar
 

Niyə asqırırıq deyə heç düşündünüzmü? Bəs bunun səbəbləri nədir?

 

Medicina.az oxucuları üçün maraqlı məlumatları təqdim edir. Asqırmaq insanın yaşam tərzinin bir parçasıdır. Hərkəs asqırır. Lakin bunun fərdə məxsus xüsusiyyətləri də ola bilər.


Asqırma burun dəliyi kanallarındakı sinirlərin (beyin tərəfindən) xəbərdar edilməsi nəticəsində əmələ gələn bir reaksiyadır. Hava burnun dar kanallarından təzyiq əmələ gətirərək keçərkən həm istiliyi nizamlanır, həm də kanallardakı toz burada filtrdən keçirilir.

 

Burun sinirlərinin xəbərdar olunmasının fərqli səbəbləri vardır. Ən çox allergik təsirlər, daha sonra isə toz, tüstü, ətirlər və hətta anidən işığa baxmanın nəticəsində ola bilər. Bu zaman burnumuzda ifrazat əmələ gəlir, beyinə gedən siqnal nəticəsində baş və boynumuzdakı əzələlər də beyin tərəfindən xəbərdar olunaraq ani nəfəs boşalması hadisəsi baş verir. Səs tellərinin olduğu nahiyə əvvəlcə bağlanır və buradakı havanın təzyiqi olduqca qalxır. Sonra anidən açılaraq hava yüksək bir səslə çölə çıxarılır.

 

Təbii ki, bu zaman burnumuzdakı toz və bir sıra mikroblar da çölə çıxarılır. Uzanmış halda, xüsusilə, yuxuda ikən sinir sisteminin bəzi hissələri fəaliyyətsiz olduğuna görə əsasən asqırma hadisəsi olmur. Ancaq çox qüvvətli beyin siqnalları nəticəsində insan oyanır və asqırırıq. Asqırdığımız zaman gözlərimizi açıq tuta bilmirik. 



Belə ki, ailədə çox sayda asqıran varsa deməli bütün fərlərdə bu biruzə verə bilər. Asqıran zaman bir çox insanlar burunlarını tutub asqırır. Aparılan araşıdrmalar onu göstərir ki, bu hərəkət yalnışdır. Çünki ciddi problemlər yarana bilər. Asqırdığımzda  hava burundan saatda 150 km sürətlə çıxır və 40 minə qədər selik damlası xaric edir. Bu fizioloji reaksiya təxminən 90 trilyon qan hüceyrəsinin qan içərisində bir axınla davam edən vəziyyətidir. Alimlər qeyd edirlər ki, əgər havanın 100%-i insan bədənində olduğu təsirdə qalsaydı, bir insanı 4 metrə havaya qaldıra bilər.

 

Doğuş ərəfəsinə yaxın bəzən hamilə qadınlarda asqırmanın çoxalması müşahidə edilir, bu da onların orqanizmində hormonal dəyişikliklərlə əlaqədar olaraq burunun selikli qişasında yaranan ödəm və şişkinliklə bağlıdır. Parlaq işığın təsirindən yaranan asqırma irsi yolla ötürülür. Asqırma zamanı hava 2-3 metr məsafəyə qədər yayıla bilər. Yuxuda asqırma baş vermir. Belə ki, bu refleksin yaranması üçün impulslar baş beyinə ötürülməlidir, lakin yuxuda impulslar baş beyinə ötürülmür. Bir də ki, asqırma zamanı ürək dayanmır, sadəcə ürək döyüntüləri və qan dövranı dəyişir. Həkimlər bildirir ki, asqırma yaranarsa, onun qarşısını almaq lazım deyil, bu üzün emfizeması, boğazda diskomfort hallarına gətirib çıxara bilər, həmçinin insan səhhətində ciddi fəsadlar da yaranar.

 

Ayna

Medicina.az

Asqırmaq necə baş verir? -  Maraqlı faktlar