Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Doğum günü şamlarını üfürmək olmaz - Tortda yeni mikroblar qaynaşır

  • 2017.11.28 12:14
  • 28830 Baxış
Doğum günü şamlarını üfürmək olmaz -  Tortda yeni mikroblar qaynaşır
Ad günlərində arzu tutduqdan sonra tortun üzərindəki şamları üfürmək adət halını alıb. Hətta hansısa ad günündə bu edilmədikdə insanlar tədbirin əksik, yarımçıq qaldığını düşünürlər.


Medicina.az xəbər verir ki, alimlər şam üfürməyin tort üzərindəki mikrobları artırdığını bildirib.


Bu, Clemson Universitetində aparılan araşdırmalar zamanı məlum olub. Məlumatda bildirilir ki, şamı üfürən zaman tortun üstündə yeni bakteriyaların yaranması 1400 faiz artır.


Araşdırmaçı Paul Davsonun sözlərinə görə, bu bakteriyalar səhhət üçün zərərli olsa da, insan orqanizmində ölümcül xəstəliklər yaratmır.