Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Doğulandan 7 ildir böyrəklərsiz yaşayır - Tibbdə ŞOK

  • 2018.01.29 15:37
  • 19765 Baxış
Doğulandan 7 ildir böyrəklərsiz yaşayır -  Tibbdə ŞOK
Bu uşaq doğulandan 7 ildir böyrəklərsiz yaşayır.

ABŞ-da yaşayan İsmael Reyes autosom-resessiv polikistoz xəstəliyindən əziyyət çəkir. 25.000 uşaqda rast gəlinən bu genetik xəstəlikdə böyrək yerində iri kistalar formalaşır ki, onlar sürətlə böyüyüb, orqanın sıradan çıxmasına səbəb olur.  Əgər hər iki valideyndə PKHD1 genlərinin mutasiyası varsa, onların uşağında bu xəstəliyin olması ehtimalı 30%-dir. Adətən bu xəstəlikdə uşaqlar doğulandan 1 yaşa kimi yaşayıb ölürlər. 

İsmayelin diaqnozu o hələ ana bətnində ikən qoyulmuşdu. Yarımçıq doğulmuş körpə hələ reanimasiyada ikən böyrəkləri fəaliyyətini dayandırdı. Getdikcə böyüyən kistalar uşağa nəfəs almaq və yeməyə mane olurdu. Ona görə əməliyyatla onlar götürüldü. Uşağın bu qədər müddət yaşaması möcüzədir. Hazırda 7 yaşı olan İsmayel həftədə 3 dəfə dializ prosedurundan keçir. Həkimlər onun bu qədər müddət yaşayacağına inanmırdılar. 3 yaşında donor böyrəyi köçürülməsi ərəfəsində uşağın qida borusunda infeksiya yayıldı və o septiki şoka girir. Bu illər ərzində danışma, eşitmə qabiliyyətini itirmiş uşağın qaraciyəri də sıradan çıxıb. 2017-ci ildə nəhayət ki, uyğun donorlar tapıldı və həkimlər böyük riskə gedərək, eyni vaxtda həm böyrək, həm də qaraciyər transplantasiyası etdilər. 

Əməliyyatdan sonra İsmayelin vəziyyəti yaxşılığa doğru gedir: uşaq arıqlayır, sidiyə gedir, yeyir və gülür. Ailəsi bu Yeni ili evdə birgə keçirəcəklərinə ümid edir. 

 

Doğulandan 7 ildir böyrəklərsiz yaşayır -  Tibbdə ŞOK