Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Doğulan hər yüz körpədən 53-ü oğlan olub

  • 2018.03.01 15:11
  • 14558 Baxış
Doğulan hər yüz körpədən 53-ü oğlan olub
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30373 nəfər, gündə təxminən 83 nəfər körpə dünyaya gəlib.


Medicina.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici ötən il 2016-cı illə müqayisədə 2885 nəfər azalıb.


Doğulan körpələrin 346-sı əkiz, dördü üçəm olub. Yeni doğulan körpələrin 52,5 faizi (hər yüz körpədən 53-ü) oğlan, 47,5 faizi (hər yüz körpədən 43-ü) qız uşaqlarından ibarət olub.  


Ümumilikdə təbii artım 2017-ci ildə 2016-cı illə müqayisədə 2 783 nəfər düşüb.