Nevroz, sinir xəstəlikləri, ürək- əlamətləri bir –birinə o qədər oxşardır ki…
Nevrozu heç bir aparat, analiz təyin etmir. Xəstə elə şikayətlər deyir ki, əvvəlcə 3-4 həkimdən keçir. Vegetativ sinir sisteminin işində pozulmalar bütün daxili orqanların impulslarını pozur. Xəstədə orqan, orqanik xəstəlik yox, amma ağrılar, sancı, yanğı bitmir.
Medicina.az xəbər verir ki, ürək xəstəlikləri kimi əlamətlər verən kardionevroz elə nevrozun bir növüdür. Bu zaman xəstə daha çox döş qəfəsi, ürək nahiyəsi, sol qol və sol kürəyə yayılan sancı, istilik, ağrıdan şikayətlənir.
Bu zaman:
- Təzyiq oynayır – gah normal, gah yüksək
- Ürək ritmi yüksəlir
- Ekstrasistollar baş verir – yəni ürək ritmində ciddi artımlar
- Ürək nahiyəsində ağrı
- Sol tərəfdə heysizlik
- Qorxu
Xəstə ürəyinin xəstə olduğuna və hər an infarct baş verəcəyinə inanır.
Təbii ki, ilk növbədə ürək yoxlanmalıdır. Kardionevrozun diaqnozu elə ürəyin EKQ, EXQ-dən və bəzi analizlərdən başlayır.
Əgər kardioloq xəstənin ürəyində bu əlamətləri verəcək səbəb tapmırsa, o zaman kardionevroz təsdiqlənir. Bu onunla izah edilir ki, stress, nevroz zamanı böyrəküstü vəzilərdən qana çox miqdarda adrenalin sıçrayır və simpatik sinir sistemi aktivləşir.
Kardionevrozun müalicəsini nevroloq, psixiatr aprır və xəstə bu xəstəliyin gedişini, səbəbini bilməlidir. Kardionevrozdan insan infarkt olmur və ölmür.
Adətən ürək tutması, stenokardiya ilə kardionevroz tutmasını nitroqliserin tableti ilə ayırd etmək olur. Əgər nitroqliserini dil altına qoymaqla, ağrı keçirsə, deməli stenokardiya tutmasıdır. Əgər əlamətlər keçmirsə və korvalol qəbulundan sonra xəstə özünə gəlirsə, deməli kardionevrozdur.
Hər bir xəstəliyin müalicəsi kimi kardionevrozun da müalicəsi var. Yaxşı olar ki, bu xəstələr nevroloq, psixoterapevt, psixoloq və kardioloq nəzarətində olsunlar.
Urey nevrozuna çarə var
Salam hekim urey nevrozuna urey boğulmaya çarə birdəfəmlik var
Quba