Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Döş qəfəsi bitişik daha bir əkiz doğulub

  • 2022.10.17 14:30
  • 2146 Baxış
Döş qəfəsi bitişik daha bir əkiz doğulub

Hindistanın Radcastan ştatında ikisinin bir döş qəfəsində birləşdiyi əkizlər dünyaya gəlib.


"Medicina" xəbər verir ki, 23 yaşlı Niyak adlı qadın qarnında güclü ağrılarla xəstəxanaya çatdırılır.

USM döldə anomaliya aşkarlayıb.

Təcili keysəriyyə əməliyyatgı ilə döş qəfəsindən bitişik körpələr alınıb.

Doğuşdan sonra körpələr xəstəxanada professorların nəzarəti altındadır. Onların bir-birindən ayrılması araşdırılır.

Hindistanda belə əkizlər az deyil. Hətta döş qəfəsindən bitişik uşaqlardan ikisinin 6 yaşı da var.

Aygün Musayeva