Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Döş giləsinin iltihabı nədir? - Xanımların DİQQƏTİNƏ!

  • 2019.11.05 13:05
  • 17861 Baxış
Döş giləsinin iltihabı nədir? -  Xanımların DİQQƏTİNƏ!

Döş giləsinin iltihabı döş
giləsi-areola kompleksində əmələ gələn bakterial, virus və göbələk təbiətli
infeksion prosesdir.


 


Medicina.az xəbər verir ki, döş giləsinin iltihabı, bir qayda olaraq, ikincili, süd vəzilərinin
başqa patologiyaları, hormonal və ya immun pozulmalar fonunda inkişaf
edir. İltihabi proses bir və ya hər iki döş giləsində yarana bilər.


 



 


 



Əsas əlamətləri


 


Döş giləsində ağrılar, döş giləsi ətrafı dərinin
hiperemiyası, süd vəzilərindən maye (irinli, qanlı və ya toxuma mayesi və qan
qarışığından ibarət eksudat) axması.


 


Diaqnoz isə şikayətlər, obyektiv müayinə,
laborator və instrumental metodlara (duktoqrafiya, süd vəzilərinin USM-i və
rentgenoqrafiya) əsasən qoyulur. Müalicə antibiotiklərin təyini və iltihab
ocağının iltihab əleyhinə məlhəmlərlə işlənməsindən ibarətdir.


 


 



Səbəbləri


Xəstəlik döş giləsinə epitelin defekti və ya
orqanizmdə olan xroniki infeksiya ocağından qanla daxil olan patogen mikroflora
tərəfindən törədilir. Döş giləsi stafillokoklar və Streptococcus agalactiae ilə
daha çox; nadir hallarda Herpes virusu, kandida cinsindən olan
göbələklər və başqa törədicilərlə infeksiyalaşır.


 


 


 


Patogen mikroorqanizmlərin çoxalmasını
aktivləşdirən faktorlara aşağıdakılar aiddir:


 


 


 


Laktostaz. Süd
durğunluğu şərti-patogen bakteriyaların çoxalmasını provokasiya edir,
beləliklə, süd yollarının iltihabına səbəb olur. Bakteriyalar axarlar
vasitəsilə döş giləsinə gəlir və iltihabın yaranmasını təmin edir. Yastı və ya içəri
batmış döşgilələri
laktostaza təkan verir; döş gilələri belə olduqda
ana südü ilə qidalandırma və vəzin tamamilə boşaldılması zamanı çətinliklər
yaranır.


 


 


 


Döş gilələrinin çatları.Doğuşdan
sonrakı dövrdə olan qadınlarda və quru dərili pasientlərdə daha çox
müşahidə olunur. Çatların xoralaşması ikincili infeksiyaların prosesə
qoşulmasına və döş giləsinin iltihabına gətirib çıxarır.


 


 


 


Döş giləsinin ekzeması, allergik dermatit.Papulyoz
(dermatitdə) və ya vezikulyoz-eritematoz (ekzemada) səpkilər və intensiv
qaşınma ilə müşayiət olunur. Səpkiləri qaşıdıqda infeksiyalaşan və iltihablaşan
sıyrıqlar, sulanan eroziyalar əmələ gəlir.


 


 


 


Süd vəzilərinin travmaları. Süd
vəzilərinin travması hematoma, sonralar onun irinləməsi və döş giləsi
toxumasının prosesə cəlb olunması ilə müşayiət olunur. Döş giləsinin iltihabına
onun mikrotravmaları (həşərat dişləməsi, sıyrıqlar) da rəvac verir.


 


 


 



İltihabın müalicəsi



Xəstəliyin ağırlaşmamış klinik formalarında yerli konservativ
terapiya aparılır. Döş giləsi və areola antibakterial məlhəmlərlə
işlənir. Kandida mənşəli iltihab zamanı göbələk əleyhinə; herpetik
infeksiyalarda isə antivirus məlhəmlər tətbiq olunur. Güclü
intoksikasiya simptomları və irinli proses bakterial infeksiyanın
qoşulmasından xəbər verir və geniş spektrli antibiotiklərin (penisillin,
sefalosporin, tetrasiklin) peroral təyinini tələb edir.


 


 


Laktasiyada olan qadınlarda döş giləsi-areola zonasında irinli ocaq
formalaşdıqda və süddə irin meydana çıxdıqda ana südü ilə qidalandırma
qadağan olunur; lakin müntəzəm şəkildə vəzin sağılması vacibdir.
Ağrıları yüngülləşdirmək məqsədilə QSİƏP-ın təyin edilir və iltihab
ocağına soyuq kompress qoyulur. Bu üsul nəinki ağrıları, həm də iltihab
əlamətlərini (ödem, hiperemiya) azaldır. Abses formalaşdıqda o yarılır
və drenə olunur. Sağalma mərhələsində toxuma regenerasiyasını
sürətləndirən məlhəmlər təyin olunur.


 


 


 

Döş giləsinin iltihabı nədir? -  Xanımların DİQQƏTİNƏ!
Döş giləsinin iltihabı nədir? -  Xanımların DİQQƏTİNƏ!
Döş giləsinin iltihabı nədir? -  Xanımların DİQQƏTİNƏ!