Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dördüncü mərtəbədən yıxılan azyaşlı xilas edildi - FOTO

  • 2024.10.21 10:22
  • 672 Baxış
Dördüncü mərtəbədən yıxılan azyaşlı xilas edildi - FOTO
Sentyabrın 28-də Bakıda anadangəlmə serebral iflici olan 14 yaşlı uşaq binanın 4-cü mərtəbəsindən yıxılıb. Ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan azyaşlının həyatı xilas edilib.

Medicina.az bu barədə mərkəzdən bildirilib ki, azyaşlı ağır müştərək travma, kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, ağciyərlərin əzilməsi, dalağın partlaması, çanaq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları, lll dərəcəli travmatik şok diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Xəstəyə dərhal zəruri ilkin tibbi yardım göstərilib, müayinələrdən keçirilib və təcili əməliyyata alınıb.

Həkimlər tərəfindən xəstə üzərində splenektomiya (dalağın cərrahi yolla çıxarılması), sağ döş qəfəsinin Bilau üsulu ilə drenajı icra edilib, xəstə Reanimasiyaya yerləşdirilib.

12 gün Reanimasiya şöbəsində müalicə alan xəstənin vəziyyəti stabilləşib və Uşaq Cərrahiyyəsi şöbəsinə köçürülüb.

Hazırda azyaşlının vəziyyəti stabildir, stasionar müalicələri davam etdirilir.
Dördüncü mərtəbədən yıxılan azyaşlı xilas edildi - FOTO