Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dördüncü dalğa məktəb və universitetlərdən başlayacaq, bu qaçılmazdır - Virusoloqlar

  • 2021.09.11 17:30
  • 2690 Baxış
Dördüncü dalğa məktəb və universitetlərdən başlayacaq, bu qaçılmazdır -  Virusoloqlar
Virusoloqlar yaxın zamanda 4-cü dalğanın olub-olmayacağı barədə təzadlı fikirlər bildirir.

Əsas risk təhsil müəssisələrinin açılması ilə bağlıdır.

Ötən il birinci-ikinci dalğada 90% ölkələrdə təhsil onlayn idi.

İndi isə peyvənd olunmuş müəllimlərlə vaksin olunmayan şagird ordusu toqquşacaq.

Medicina.az xəbər verir ki, biologiya elmləri üzrə professor Sergey Netesov 4-cü dalğanın məhz bu səbəbdən olacağını bildirib.

“Distansion təhsil özünü doğrultmadı, dünya risklərə rəğmən əyani təhsilə keçir. Bu çox riskli vəziyyətdir, hətta bütün pedaqoqlar 2 doza vaksin olunsalar da. Uşaqları heç kim peyvəndləmir, delta ştamm isə htta 5 yaşlı uşaqlara da keçir.

Uşaqlar koronavirusdan qorunmağı bilmir, maska taxmayacaqlar, sosial məsafə yoxdur. İndidən hesablamaq belə çətindir ki, yoluxma hansı masştabda olacaq. Əgər peyvəndləmə zəifdirsə, müəllim və şagirdlər maska taxmayacaqsa, dərslər başlayandan 2 həftə sonra növbəti dalğa qaçılmazdır. Yeganə yol, 2 doza vaksin olunub, sinidfə maska taxmaqdır.

Amma bu dəfə də uşaqlar arasında yoluxma hallarının artacağını görə bilərik. Ona görə də, yeni tədris ili müəllimlərdən çox, uşaqlar üçün təhlükəli olacaq.

Hazırda delta ilə mübarizə aparırıq. Yeni ştammlar çıxmasa daha bir dalğa ilə deltanın sonuna çıxmaq olar”.

Qeyd edək ki, Rusiya əyalətlərində artıq xəstəxanalara azyaşlı uşaq xəstələr daxil olur və onların arasında vəziyyəti orta ağır olanlar da var. Virusoloqlar təcili olaraq effektiv uşaq korona vaksininə ehtiyac olduğunu bildirir.