Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dörd yaşlı uşaq küçəyə çıxdığı üçün cərimələndi - 750 manat

  • 2020.05.04 18:38
  • 3926 Baxış
Dörd yaşlı uşaq küçəyə çıxdığı üçün cərimələndi  - 750 manat


Evinin önündə oynayan dörd yaşlı uşaq karantin qaydalarını pozduğu üçün cərimələnib.

Medicina.az xəbər verir ki, hadisə Türkiyənin Nevşəhər vilayətində qeydə alınıb.

Qeyd edək ki, Türkiyədə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar yaşı 65-dən yuxarı və 20-dən aşağı olan şəxslərə küçəyə çıxmaq qadağandır. Ürgüp bələdiyyəsi də bunu əsas götürərək, balaca Yavuz Səlimi 3150 lirə (758 AZN) cərimələyib.

Uşağın valideynləri bu hadisədən şoka düşdüklərini deyib. Onlar elə də imkanlı deyillər.