24 yaşlı qadın əkiz uşaqlarını dünyaya gətirib. Amma körpələrdən biri anomaliyalı doğulub.
Medicina.az xəbər verir ki, hadisə Hindistanın Radcastan ştatında dövlət xəstəxanasında qeydə alınıb. Əvvəlcə sağlam oğlan uşağını doğan qadın ardıyca 4 ayaqlı qız uşağını dünyaya gətirib.
Həkimlər ehtimal edir ki, bətndə 3 döl olub, lakin sonra 2 döl birləşib. Qadın hamiləliyi boyu bir dəfə olsun USM etdirməyib, vaxtında aşkar olunsaydı anomal döl götürülərdi.
Əlavə ətraflar uşağın qarın və döş qəfəsində yerləşir. Bir müddət sonra artıq əl-ayaqları əməliyyatla götürmək planlaşdırılır.