"Dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb”.
Medicina.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin rəhbəri Şəfəq Hüseynli cari ilə dair hesabatında deyib.
Onun sözlərinə görə, qanun layihəsi müvafiq dövlət orqanlarına təqdim edilib:
"Çox güman ki, qanun layihəsinə Milli Məclisin yaz sessiyasında baxılacaq. Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər gözlənilir”.
Ş.Hüseynli bildirib ki, dopinq testlər bundan sonra kağız formasında deyil, elektron formada idmançılara təqdim ediləcək: "İdmançıların e-mail adresi olmalıdır və dopinq kontrol forma onların elektron ünvana göndəriləcək”.