Bu gün V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransının II paneli keçirilib.
Medicina.az-ın məlumatına görə, panelə professor Tevfik Tolga Şahin və Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov sədrlik edib.
Professor Sezai Yılmaz "Xenotransplantasiya” mövzusunda çıxış edib. Sezai Yılmaz bildirib ki, bizim Malatyada yerləşən institutları transplantasiya sahəsində dünyada 1-2-ci yerlər uğrunda yarışan tanınmış institutdur. Bu vaxta kimi institutda 2500 qaraciyər transplantasiyası həyata keçirilib, ildə 300 əməliyyat icra edilir. Onun sözlərinə görə, transplantasiya insanın ölümlə mübarizəsində ön böyük kəşfidir. Xenotransplantasiya isə iki fərqli növdən, fərqli heyvanlar arasında, yaxud heyvandan insana orqan köçürülməsini nəzərdə tutur: "Əsrlərdir bu barədə danışılır, amma bu günə qədər bir konkret nəticə əldə olunmayıb. İlk dəfə heyvandan insana dəri köçürülüb, adacıq hüceyrələri də transplantasiya olunub. Amma bunlar hamısı uğursuz olub.
Hüceyrə transplantasiyası rusiyalı Sergey Voronof tərəfindən yaşlı insanların gəncləşdirilməsi idiası ilə istifadə edilib, ancaq uğursuz olub. Meymunlardan insanlara böyrək də köçürülüb. Amma bu böyrəklər köçürülən insanlar gündə 20 litr sidik ifraz edib, tez həyatlarını itiriblər. Ən çox yaşayanı bir müəllim olub ki, 9 ay yaşasa da, o da ölüb. Bu təcrübələrdə iştirak edən bütün insanlar ölüb. 1964-cü ildə şimpanzedən insana ürək köçürülməsi də uğursuzluqla nəticələnib. 1967-ci ildə 7 donuz qaraciyəri insana yaxın heyvana – meymuna köçürülüb. Meymunların çoxu ölüb. Los-Ancelesdə Makova adlı cərrah 1995-ci ildə qadın xəstəyə donuz qaraciyəri köçürür, xəstə 1 gün sonra ölür. İstər donuzdan, meymundan insana keçirilən transplantasiya uğursuzluqla nəticələnib”.
Sezai Yılmaz donuz qaraciyərinin insan qaraciyərinə ən yaxını olduğuna diqqət çəkib: "Ancaq insanın immunoloji sistemi ilə donuz arasında 35 dəfə çox fərq var. Lakin donuz qaraciyəri ilə insan qaraciyəri quruluşca tam eynidir. Genetik mühəndislik yolu ilə insan və donuz qaraciyərləri arasında fərqlər aradan qaldırıla bilər və bu istiqamətdə ciddi uğurlar qazanılmaqdadır. ABŞ-da 2015-ci ildən artıq bu sahədə kliniki təcrübələr aparılmasına qərar verilib. İlik öncə nəzərə almaq lazımdır ki, donuz qaraciyərini insana köçürəndə trobbositopemiya, qanaxma riski çox yüksəkdir. Donuz qaraciyərini insana köçürəndə ilk başda yaxşı çalışır. Bir müddət sona tromboz yaranır. Buna səbəb odur ki, donuz qaraciyəri içərisindəki damarlardakı təmizləyici reseptorları trombositləri yaxalayır. O zaman donuzları genetik dəyişib bu reseptorları ləğv etmək lazımdır. Bu reseptorları genetik yollarla ləğv etmək mümkün olub. Donuzlarda çox sayda zino antitellər var. Bu zino antitelləri də yox etmək lazımdır və bu sahədə də uğur qazanılıb. Bəs bu transplantasiyaya yəhudi, islam, xristian dinləri necə baxır? Bu mövzuda bir toplantı da keçirilib və müxtəlif din nümayəndələri dəvət olunub. İslam tibbi müalicəni qəbul edir. Amma bu müalicə insan həyat xilas etmək məqsədilə olmalıdır. Bəzi islam alimlərinə görə, həyati təhlükə olduqda, heç bir çıxış yolu olmadıqda, istənilən müalicə metodu keçərlidir.
Bəzi din alimləri də deyir ki, əgər donuzda çox hüceyrələr, orqanlar genetik yolla dəyişdirilirsə, o zaman o donuz kimi qəbul olunmamalıdır, orqanı köçürülə bilər”.
Professor hesab edir ki, dünən imkansız saydıqlarımız bu gün artıq mümkündür: "Qaraciyər transplantasiyasında sağlam bir insanın donor olması doğru deyil, başqa yollar axtarmaq lazımdır. Orqan bağışlaması da o qədər sürətlə getmir ki, bu gün qaraciyərə ehtiyacı olanları xilas edək. Çıxış yolu donuzlardan insana qaraciyər köçürülməsini tezləşdirməkdir. Xenotransplantasiyanı yaxın 5 ildə kliniki tətbiqə keçirmək istiqamətində tələsməliyik. Donuzdan qaraciyər köçürülməsində qan uyğunsuzluğu problemi də yoxdur. Düzdür, donuzlarda sitomeqalovirus retriviruslar da təhlükəlidir. Artıq bu viruslardan da təmizlənmiş donuz cinsləri yaradılıb”.
Tibb üzrə fəlsəfə doktoru Sevinc Salahova "Qaraciyər transplantasiyasında dalaq və qreft elastoqrafiyasının əhəmiyyəti” mövsusunda çıxış edib. O qeyd edib ki, qaraciyər transplantasiyasından sonra dalaq və qreftin dəyərləndirilməsi və ağırlaşmaların qarşısının alınması mühüm məqamdır.
Dosent köməkçisi doktor Cemalettin Koç "Postransplantasiya – çətin hallar” barədə danışıb.
Dosent Volkan İnce "Erkən mərhələdə hepatosellüler xərçəngdə rezaksiyon, yoxsa transplantasya” mövzusunda fikirlərini bildirib.
Konfransın bağlanış mərasimində professorlar N. Bayramov və S. Yılmaz çıxış edib.