Gürcüstanda artıq 11 nəfərin ölümünə səbəb olan "donuz qripi” Ermənistanda da aşkar edilib.
Medicina.az erməni KİV-nə istinadən xəbər verir ki, bu vaxta kimi 10 nəfərdə bu virusa rast gəlinib.
Ölkənin səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan faktı təsdiqləyib:
Ermənistanda 10 nəfərdə "donuz qripi” aşkar edilib.
"Gəlin, buna "donuz qripi” deməyək. Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”, - deyə, o, qeyd edib.
Nazir H1N1 simptomları ilə xəstəxanaya 642 vətəndaşın müraciət etdiyini açıqlayıb. Qeyd edib ki, onlardan 597-də H1N1 virusu deyil, tənəffüs yollarının iltihabı aşkarlanıb.