Dünyanı cənginə alan "donuz qripi” virusu artıq Rusiyaya da çatıb.
Medicina.az xəbər verir ki, Sankt-Peterburq şəhərində virusdan ölüm faktı qeydə alınıb. Rəsmi məlumata görə, xəstə virusdan müalicə üçün xəstəxayana müraciət edib. Lakin onu xilas etmək mümkün olmayıb.
Saytlar yazır ki, onun ölümünə səbəb şəkər xəstəliyindən əziyyət çəkməsi olub. Mərhumun orqanizmi bu səbəbdən "donuz qripi” ilə mübarizə apara bilməyib və virus kəskinləşib.
Səhiyyə Nazirliyindən bildirilib ki, hələ şəhərdə epidemik vəziyyət elan etməyə ehtiyac yoxdur.
Məlumat üçün qeyd edək ki, sözügedən şəhətdə 24 nəfərdə H1N1 virusu aşkarlanıb.
Medicina.az