Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Donuz piyi yemək faydalıdırmı?

  • 2024.01.08 16:03
  • 8722 Baxış
 Donuz piyi yemək faydalıdırmı?
Salo (donuz piyi) və digər heyvani yağlar gündəlik rasionda olmalıdır, onlardan qorxmaq lazım deyil.


“Medicina” xəbər verir ki, həkim Yekaterina Volkova doymuş yağ turşuları ilə zəngin heyvani yağların, xüsusən iç piyin faydalı miqdarını açıqlayıb.


“Bu yağları qidalanmadan zərərlidir adı ilə tam təcrid etmək olmaz. Bu yağlar bədənə lazımdır, çatışmadıqda vitamin və minerallar yaxşı mənimsənilmir.

Salo öd kisəsini işlədən əla stimulyatordur, öd axımını yaxşılaşdırır. Vitaminlərin çoxu yağda həll olur, bədəndə yağ çatışmadıqda vitaminlər mənimsənilmir.


Orqanizmin düzgün işləməsi üçün gündə 20-30 qram (böyüklər üçün) heyvani yağ lazımdır. Donuz piyində də doymamış yağlar, Omeqa 3 boldur, onlar ürək-damar iltihabını azaldır.

Bu piy damar tutulmasından qoruya bilər.
Amma artıq böyrək, qaraciyər xəstəliyi olanlar, ürək əməliyyatı keçirənlər, öd daşı olanlar ehtiyatla yeməlidir.
Sala bu xəstələr üçün olmaz.
Donuz piyində olan yaxşı xolesterin damarların içini sarı piydən təmizləyir.
Uşaqlara 7 yaşından sonra bu yağdan çox az miqdarda olar”.




Aygün