ABŞ-da donuz əti istehsalı ilə məşğul olan fabrikin 373 işçisinin koronavirus testləri müsbət nəticə verib.
Medicina.az xəbər verir ki, fabrikin Missuri ştatında yerləşdiyi qeyd olunur. Virus daşıyıcılarının bir çoxunda simptomların aşkarlanmadığı bildirilib.
Ştatda indiyə qədər ümumilikdə 8386 yoluxma halı qeydə alınıb, onlardan 352 nəfər dünyasını dəyişib.