Çində 43 yaşlı şəxs qəflətən huşunu itirdiyindən xəstəxanaya yerləşdirlib.
Medicina.az xəbər verir ki, çoxsaylı müayinələrdən keçdikdən sonra ona diaqnoz qoymaq mümükün olmayıb. Daha sonra həkim kişini MRT müayinəsi edib və gördüklərindən şoka düşüb. Belə ki, həmin şəxsin orqanizmində və beynində çoxlu sayda qurd aşkarlanıb.
Həkimlər bildirib ki, sürfə şəklində olan qurdlar bədəbdə gəzir. Onlar mərkəzi sinir sistemi, dəri,göz hətta əzələlərdə hərəkət edirlər. Xəstəliyin səbəbi isə tam bişməmiş donuz ətidir. Qeyd edək ki, həmin şəxsdə ümumilikdə 700 qurd aşkarlanıb.
Hazırda şəxs həkim nəzarətindədir.