İlk dəfə böyrək çatışmazlığı olan xəstəyə gen modifikasiyası olunmuş donuz böyrəyi köçürülən xəstə kriitik 2 həftəni geridə qoya bilib.
"Medicina" xəbər verir ki, 62 yaşlı kişi xəstə evə yazılacaq, amma həftədə 1 dəfə xəstəxanaya gəlməli olacaq.
Dünya transplantoloqları illərlə donuz orqanları ilə insanların xilas ediləcəyi günü gözləyirlər.
Geni dəyişdirilmiş donuz ürəyi xəstələrdə uğurla sonlanmamışdı.
Əgər donuz böyrəyi uğurlu olarsa, milyonlarla böyrək xəstəsi xilas edilə bilər.
Aygün Musayeva