Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Donor orqanların götürülməsi qaydası hazırlanacaq RƏSMİ

  • 2020.12.09 12:19
  • 1184 Baxış
Donor orqanların götürülməsi qaydası hazırlanacaq  RƏSMİ

Azərbaycanda donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydası hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” 8 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 4 ay ərzində donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasını da Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Nazirlər Kabineti bu müddət ərzində donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.