Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dönərdən yoluxa biləcəyiniz dəhşətli xəstəlik - Fotolar

  • 2021.12.21 17:40
  • 2855 Baxış
Dönərdən yoluxa biləcəyiniz dəhşətli xəstəlik -  Fotolar
Azərbaycan əhalisində, daha çox yaşlı insan və gənclərdə çox rast gəlinən qurdlardan ən təhlükəlisisi Exinokokk qurdudur. Exinokokkun müalicəsi yalnız cərrahi yolla olduğundan, pasiyent üçün ikiqat çətinlik və risk yaradır.


Exinokokk yaxşı bişməmiş ətdə,, çiy ətdə, süd məhsullarında, yaxşı yuyulmamış qidalarda olur. Bir sözlə, qurdu olan heyvanın ətindən insana keçir. Tələbə və şagirdlər daha çox dönərdən yoluxur. Hazır yeməklər, kolbasa-sosis məmulatlarının hazırlandığı ətin mənşəyi də məlum deyil. Eləcə də mənşəyi məlum olmayan ətlərdən dönər xüsusən yaxşı bişirilmədikdə, exinikokk ehtimalı çoxdur.


Exinokokk kənd və rayon sakinlərində də çox rast gəlinir. Bu da onların həyətdə mal-qara, ev heyvanları ilə təmasda olmasından, süd məhsullarını lazımi qədər bişirmədiklərindən, gigiyenik qaydalara tam əməl etmədiklərindən irəli gəlir.


Exinokokk daha çox böyük və yaşlı insanlarda rast gəlinir. Müalicəsi də yalnız cərrahi yolladır. Qurdun olduğu orqanda həmin hissə kəsilir. Qurd dalaq, qaraciyər, hətta beyində də ola bilir.

Sista-yumurta qurda çevrildikcə, insanın immuniteti zəifləyir, daha ağır fəsadlara səbəb olur”.

Ümumiyyətlə, qurd xəstəliyi olan insanın bağırsaq mikroflorası pozulur, iştahsızlıq, disbakterioz, anemiya olur. Qurd hansı orqanı çox zədələyibsə, o orqanla bağlı əlamətlər verir.

Amma hər əlaməti də qurda bağlamaq olmaz.

Qurd arıq – köklüyə baxmır. Kök insanda da qurdlar tapmaq olur. Bəzən qurd elə yerdə yeləşir ki, şikayət vermir, tapılması da çətindir.

Exinokokku USM müayinədə peşəkar həkim qaraciyərdə görə bilər. Eləcə də nəcis analizi, qan analizləri ilə diaqnoz dəqiqləşdirilir.

Qurd və kistlər orqanda varsa, əməliyyatla götürülür. Onun dərman müalicəsi yoxdur.