Kişilər qadınlara nisbətən daha aqressiv olurlar. Bunun da əsas səbəblərindən biri qidalanmadır.
Mütəxəssislər əmindirlər ki, kişilərin aqressivliyinə yedikləri yeməklər çox təsir edə bilər.
“Medicina” xəbər verir ki, ingilis alimi Pol Kleytonun fikrincə, beyin insanın nə yeyib-içməsindən asılıdır. Məsələn, yüksək karbohidratlı qidalar kişiləri və qadınları rahatlaşdırır.
Karbohidratların miqdarının azaldılması əsəbiliyin və qəzəbin artmasına səbəb olur.
Kaliforniya Universitetinin amerikalı alimləri əmindirlər ki, müasir insanların qəzəbi çox vaxt trans yağlı məhsulların - geni dəyişdirilmiş məhsulların qəbulunun nəticəsidir. Vafli, peçenye, dönər, çips və digər marqarin əsaslı yeməklər kişilərdə əsəbiliyi artırır.
Trans yağlar bədənə xoşbəxtlik hormonu adlanan serotoninin istehsalına cavabdeh olan doymamış yağ turşusu "omeqa-3" – ü istehsal etməyə imkan vermir.
Şokolad isə beynin endorfinlərini hərəkətə gətirir. Nəticədə sevinc və həzz hormonlarını daha aktiv şəkildə buraxmasına kömək edir.
Belə ki, şirniyyat məhsullarını sevən kişilərdə aqressivlik daha az olur.
İçkilərə gəldikdə, ÜST-nin hesabatları və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin statistikası göstərir ki, zorakılıq aktlarında təcavüzün katalizatoru çox vaxt spirtli və energetik içkilərin həddindən artıq istehlakıdır.
Günay Quliyeva