Dondurmanı su ilə birlikdə yemək boğaz infeksiyasını azaldır.
Medicina.az xəbər verir ki, dondurma süd, yağ, şəkər, protein və kalsiumla tərkiblidir. Bunlar isə orqanizm üçün önəmli maddələrdir. Xüsusən yayda uşaqların vazkeçilməzidir. Şirniyyat sevənlər üçün də sağlam qidadır. Təbii meyvələrdən hazırlanan meyvəli növləri ilə isə antioksidan qaynağıdır.
Necə yeməliyik?
Su ilə birlikdə yedikdə boğaz infeksiyası riskini azaldır. Bundan başqa, dondurma qabından çıxarıldıqdan sonra o dəqiqə yeyilməməlidir. Bir müddət gözləmək mədə və bağırsaqlar üçün də faydalı olacaq.
Nələrə diqqət etməliyik?
Dondurmanı çox yemək artıq çəkililər üçün problem yarada bilər.
Tox qarnına yemək daha düzgündür.
Soyuq su ilə yeməyin!
Dondurma yedikdən sonra dişlərimizi qorumaq üçün ağız yuyulmalıdır.
Paketli dondurmalar mütləq soyuducuda qorunmuş olmalıdır. Bundan başqa, alarkən tarixinə diqqət etməlisiniz.