Rusiyada dondurmaların tərkibində müxtəlif bakteriyalar aşkar edilib.
Medicina.az xəbər verir ki, ən populyar 34 plombir markası yoxlanılıb. Onlardan y
alnız üç növ plombir QOST-un keyfiyyət standartından kənara çıxıb.
Tərkibində kərə yağının əvəzinə bitki yağı qatıldığı, turşuluğunun həddən artıq olması təsbit edilib.
Bu isə bağırsaq çöpləri yaradır. Həmçinin bir sıra mədə-bağırsaq xəstəliyinə yol aça bilər.
Qurum, yararsız çıxan dondurmaların adlarını da açıqlayıb. Bunlar Moskva vilayətində isthsal olunan "Russkiy xolod"un məhsulları, Tomsk istehsalı olan "Eskimos" və "Voloqodskiy Plombir"dir.
Bununla yanaşı tam yararsız olmasa da, keyfiyyət standartının pozulması halı 12 marka plombirdə də aşkarlanıb. "Beloye zoloto" (Leninqrad vilayəti) və "Bodraya korova" (Belqorod vilayəti) markaları altında olan məhsullarda bitki yağları aşkarlanıb.
"Kak bılo" və "Sibxolod" (hər ikisi Omsk vilayətində istehsal olunur) dondurmalarının tərkibində nişasta göstərilməyib. "Artek" (Voloqod vilayəti) və "Volqoqradskiy plombir" (Volqoqrad vilayəti) dondurmalarının tərkibində isə bağırsaq çöpləri aşkarlanıb. "Volqoqradskiy plombir" dondurmasının tərkibində levomisetin antibiotiki, "Lipetskoye" plombirində isə tetrasiklin qrupu antibiotikləri tapılıb.
Qeyd edək ki, sözügedən dondurmaların əksəriyyətinə Azərbaycanda da rast gəlmək mümkündür. Yerli marketlərdə satılan Rusiya istehsalı olan dondurmaların keyfiyyət göstəricilərinin necə olduğu məlum deyil.