Dondurma yağlı, kalorili qidadır. Adi bir 100 qr- lıq plombirin kalorisi 230 – dur. Əgər digər əlavələr olunubsa, 300 kaloriyə kimi yüksəlir. Eləcə də 15 – 20 qr yağ var ki, onlar qanda “pis” xolestrinin yaranmasına səbəb olur.
“Medicina” xəbər verir ki, əgər dondurmanı tez – tez , böyük miqdarda yeyirsinizsə, bu zaman osteoporoz, piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riski artır.
Bəs dondurmanın orqanizmə nə xeyri var?
Bunlar əsasən 3 faydadır:
1.Dondurmanın tərkibində həyatı vacib vitamin və minerallar var; kalium, maqnezium, fosfor, dəmir, natrium, sink, mis, manqan, selenium, A, B1, B2, B6 vitaminləri. Bundan əlavə, dondurma porsiyasında enerji verən bir protein var.
2. Dondurmada çoxlu kalsium var ki, bu da uşaqlar və yeniyetmələr üçün südə bərabərdir.
3. Nəhayət və ən əsası dondurma bizi az da olsa xoşbəxt edir. Birincisi, karbohidratlar əhval-ruhiyyəni yaxşılaşdıran serotoninin istehsalına kömək edir. İkincisi, sevdiyiniz deserti yeməyin özü əhvalınızı qaldırır.
Aynurə Məmmədova