Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dolma ilə qatıq yemək olar, yoxsa yox?

  • 2022.01.04 18:14
  • 4527 Baxış
Dolma ilə qatıq yemək olar, yoxsa yox?

Bir çox mütəxəssislərin iiddialarına görə, ətlə bərabər istehlak edilən qatıq ətin tərkibində olan dəmirin orqanizmdə sovrulmasının qarşısını alır, ətin keyfiyyəti də tam öldüyü üçün tərkibində olan dəmir məhv olur. Əslində isə bu, yanlış fikirdir və insanları milli dəyərlərdən, milli mətbəxdən uzaqlaşdırmaqdan başqa bir şey deyil.

Bunu Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.

"Mən beynəlxalq münsifəm, beynəlxalq festivalların qalibiyəm və biz hər zaman bu festivallarda Azərbaycanın milli dəyəri olan mətbəximizi nümayiş etdirmişik. Bunları deməkdə məqsədim Azərbaycan mətbəxinin formalaşmasına diqqəti çəkməkdir. Bir münsif olaraq onu deyə bilərəm ki, əgər sous və qarnir ətə uyğun olmasa və ya hər hansısa bir zərəri olarsa, həmin yemək festivalda qalib ola bilməz. Unutmaq olmaz ki, qidanın dadına, görünüşünə, gigiyenasına, sağlamlığına qiymət verən münsif heyəti qida üzrə mütəxəssislərdir. Belə olduğu halda, milli dəyərimiz olan dolmanın yanında min illərdir sous olaraq qatıq verilirsə, demək ki, ətlə qatıq bir yerdə istehlak edilə bilər. Təbii ki, bunun da bir elmi izahı var".

A.Salamov qeyd edib ki, qatığın tərkibində olan kalsium ətin tərkibində olan dəmirlə zidd olduğuna görə, kalsium vücudumuza daxil olduğu zaman dəmirin sovrulmasını az olaraq əngəlləyə bilər:

"Ancaq bu da kalsiumun dəmirə təsirindən asılıdır. Ayrıca, dəmirin vücud tərəfindən sovrulması, kalsium tərəfindən təsirlənməsi nazik bağırsaqlarda olan kalsiumun miqdarına da bağlıdır. Əgər biz dolmanın yanında qatıq istehlak ediriksə, qatıq da maye halındadırsa, orqanizmin onu həzm etməsi daha qısa müddətdə olacaq və həzmi asanlaşdıracaq. Unutmaq olmaz ki, ana yeməyin yanında sous qarnirdən 30% az olmalıdır ki, sağlam qida olaraq qəbul edilsin. Əgər biz 180 qram dolmanın yanında 30 qram qatıq istehlak ediriksə, burada dəmir və ya zülal itkisindən söhbət gedə bilməz. Bir sözlə, ətlə qatıq norma həddini aşmadan bir yerdə istehlak edilə bilər. Demək ki, hər şey öz çərçivəsində, normasında daha gözəldir"/ /publika.az