Azərbaycanlı model, bloqer və tiktoker Leyla Mirzəliyeva ağır durumdadır.
Medicina.az xəbər verir ki, sosial media hesabında paylaşım edən bloqer süni dolğulardan bədəninin çürüdüyünü deyib:
“Süni gelləri bədənimdən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına yatdım. Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım yüzdə ondur. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin",- deuyə o bildirib.