Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Döşlərdəki qırışları yox etməyin yolları - Duş alan zaman...

  • 2019.03.28 10:16
  • 8252 Baxış
Döşlərdəki qırışları yox etməyin yolları -  Duş alan zaman...

Döşlərin dərisi də üz dərisi qədər həssasdır. Lakin, bir çox qadınlar bu bölgəyə lazımı qədər diqqət ayırmırlar. Sinə nahiyəsini sərt kimyəvi maddələrə və günəş işığına məruz qoyaraq onun vaxtından əvvəl qocalmasına şərait yaradılır. 


Medicina.az sizə döşlərinizdəki qırışları yox etməyin 4 üsulunu təqdim edir: 


Yan tərəfi üstə deyil, arxası üstə yatın.  


Yan tərəfi üstə yatmaq qarının qatlanmasına və qırışların yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün arxası üstə yatın və bunu bir alışqanlıq halına gətirin. Eyni pozada qalmaq üçün dizinizin altına və ya bədəninizin hər iki tərəfinə yastıq qoyun.  Bu vəziyyətdə döşləriniz sallanmayacaq. 


Ev şəraitində hazırlanan aloe vera maskasından istifadə edin 


Sadə bir aloe vera maskası sinə bölgənizi gəncləşdirə və qırışıqlıqların azalmasına səbəb olacaq. Təzə aloe vera gelini sinə nahiyənizə sürtün və 2 dəqiqə saxlayın. Daha sonra ilıq bir su ilə yaxalayın. Aloe vera dərinizin təbii nəmliyini qoruyur. Beləliklə də dərinin qırışmasının qabağını alır. 


Duş alan zaman dözlərinizə birbaşa olaraq isti suya məruz qoymayın  


Qaynar su ilə duz almaq dərinin təbii yağlarının qurumasına və qırışların əmələ gəlməsinə səbəb olur. Duş alarkən suyun  əvvəlcə başınıza, çiyinlkərinizə və kürəyinizə dəyməsini təmin edin.

 

Döşlərinizi massaj edin 


Dözlərin masajı bu bölgədəki qan dövranını sürətləndirir, dərini oksigenlə zənginləşdirir və yaşlanmanın qabağını alır. Əlinizə az miqdarda nəmləndirici krem çəkərək dözlərinizin üzərində daurəvi hərəkətlərlə masaj edin. 
Döşlərdəki qırışları yox etməyin yolları -  Duş alan zaman...