Qadınların öz hamiləliyini fərq etmədiyi vaxtlar olur.
“Medicina” xəbər verir ki, ginekoloq Viktoriya Fisyukun sözlərinə görə, bəzi qadınlar inkşaf edən hamiləlikdən xəbərsiz ola bilər.
“Ümumiyyətlə, nadir hadisə olmaqla belə hamiləliklərə hələ də rast gəlinir.
Bəzən hamilə qadınlar menstruasiya kimi görünə bilən axıntı ilə qarşılaşırlar. Bir qadın menstruasiya pozuntusu yaşayırsa, hamiləliyi, bəzən doğuşa qədər fərq edə bilməz.
Hamiləliyinizi 20 həftəyə, bəzən isə doğuşa qədər təxmin edə bilməzsiniz.
Menstruasiya olmamasına alışmış qadınlarda hamiləliyin başlanğıcı uzun müddət naməlum qala bilər.
Bundan əlavə, əhəmiyyətli artıq çəki varsa, bir qadın hamiləliyi fərq edə bilməz. Böyük bir yağ təbəqəsi altındauşağın hərəkətləri hiss olunmur
Çox nadir hallarda qadınların güclü doğuş qorxusu səbəbindən hamiləliyin mövcudluğunu inkar etdikləri hallar olur. Bunun səbəbi psixolojidir”.
Günay Quluzadə