Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Doğuş zamanı daha bir körpə öldü -Tərtərdə

  • 2019.12.04 11:28
  • 3226 Baxış
Doğuş zamanı daha bir körpə öldü - Tərtərdə
Tərtərdə uşaq ölümü baş verib.

Medicina.az-ın məlumatına görə, hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayon sakini Səbinə Mehtiyeva doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, 15 gün qabaq Tərtər Mərkəzi Xəstəxanasında körpənin ölümü ilə nəticələnən doğuş olub.