Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Doğuş zamanı ana ölümlərinin artma səbəbi koviddir - BMT-dən şok hesabat

  • 2025.04.07 16:00
  • 196 Baxış
Doğuş zamanı ana ölümlərinin artma səbəbi koviddir    - BMT-dən şok hesabat


BMT son hesabatında kovidin gələcək nəsillərə vurduğu zərbə ilə bağlı şok fakt açıqlanıb.

"Medicina" xəbər verir ki, pandemiya və virus ana olan qadınların sağlamlığınazərbə vurub. 2021-ci ildə hamilə və doğuş edən qadınlar arasında ölüm hallarında kəskin artım baş verib.

Belə ki, son 2 ildə 322 min qadın ağırlaşmalardan ölüb ki, bu da 2020-ci illə müqayisədə 40 min nəfər çoxdur.

BMT-nin Uşaq Fondu pandemiyanın ana ölümlərini artırdığı barədə f ilk qlobal hesabatını təqdim edib. Ekspertlər vurğulayırlar ki, bu artım təkcə COVID-19-un birbaşa fəsadları ilə deyil, həm də anaların sağlamlığının qorunması üzrə tibbi xidmətlərin göstərilməsində pozuntularla bağlı olub.


COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət rejimi dünya səhiyyəsində 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-nə qədər qüvvədə olub.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus 2023-cü il mayın 5-də Cenevrədə keçirilən brifinqdə bildirib ki, ölənlərin sayı ən azı 20 milyondur.

MEDİCİNA.AZ