Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunub.
Bakupost.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
İddia olunur ki, Sevinc adlı həkim qazidən qızı doğulduğu üçün pul istəyib. Qazi ona pul versə də, o məbləğdən narazı qalıb.
"Bu birinci doğuş üçün çox azdır. Qarabağda döyüşmüsən lap yaxşı. Kişisən də, vuruşmalı idin" deyə bildirib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırma aparılır.
"19.06.2024-cü il tarixində saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib.
19.06.2024-cü il tarixində Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib".
Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.