Sevgi və evlilikdə ən vacib məsələlərdən biri də doğru insanı tapmaqdır. İnsanlar həyatları boyu doğru insanı axtarırlar. Evlənəcəyiniz insanın doğru insan olduğunu göstərən 7 mühüm əlamət...
1. Həmişə maraqlanır, heç vaxt darıxmır
Onun sizə olan marağına diqqət yetirməlisiniz. Əgər sizinlə az maraqlandığını düşünürsünüzsə, doğru insanla birlikdə deyilsiniz.
2. Sizi itirməkdən çox qorxur
Bu insanlar sizi itirməkdən çox qorxurlar. Sizdən ayrı olmaq fikri onları çox qorxudur və bu səbəbdən sizə daha çox dəyər verirlər. Həyatın mənasının sən olduğunu düşünürlər.
3. Sizin emosional və zehni ehtiyaclarınıza biganə deyillər
Doğru insanla birlikdə olsanız, o, bütün emosional, fiziki və zehni ehtiyaclarınızı qarşılayacaq. Özünüzü tənha və məyus hiss etməyəcəksiniz. Həm də sizinlə çox maraqlandıqları üçün o insanla birlikdə olduğunuz zaman heç bir duyğu çatışmazlığı hiss etməyəcəksiniz.
4. Verdikləri vədlərə əməl edirlər
Bir çox insanlar vədlərini yerinə yetirməkdə çətinlik çəkirlər. Amma sizi həqiqətən sevən insanlar həmişə vədlərinə əməl edirlər. Bu xüsusiyyətlər onlara daha çox inanmağa vadar edir. Beləliklə, qarşılıqlı etimad hissi yaranır. Evliliyin davamlı olması üçün ən mühüm xüsusiyyət isə güvən hissidir.
5. Sizi ailəsi və ətrafı ilə tanış edir
Münasibətdə olan kişi sizi ailəsi ilə tanış etmək istəyirsə, deyə bilərik ki, bu insan sizin üçün doğru insandır. Ancaq sizi ciddiyə almayan, ciddi münasibət və ya evlilik düşünməyən bir insanla qarşılaşsanız, o sizi uzun müddət ailəsi və ətrafı ilə tanış etməyəcək.
Dürüst və ciddi düşünən insanlar üçün onun ailəsi ilə tanış olmanız çox əhəmiyyətlidir.
6. Qəribə vərdişlərinizi belə mühakimə etmir, sizi hər cəhətdən sevir
Doğru insan heç vaxt sizi heç bir vəziyyətdə mühakimə etməz. Bütün qəribə vərdişlərinə və çılğınlığına baxmayaraq səni sevir. Bu səbəblə onun yanında olduğunuz zaman özünüzü gizlətmək məcburiyyətində deyilsiniz.
7. Xəyallarınızı dəstəkləyir və həvəsləndirirlər
Doğru insanda tapılacaq ən əhəmiyyətli xüsusiyyətlərdən biri də həyatınıza girən insanın arzularınızı həyata keçirməyə dəstək verməsi və sizi təşviq etməsidir. Emosional və zehni dəstəyə ehtiyacınız olanda onlar da sizin yanınızda olacaqlar. Dəstəklərini əsirgəməyən bu insanlarla arzularınızı həyata keçirmək üçün daha cəsarətli ola bilərsiniz.
Aygün
Medicina.az