Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Doğru gün eynəyi seçməsəniz, övladınız kor ola bilər – VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

  • 2019.04.25 16:45
  • 8167 Baxış
Doğru gün eynəyi seçməsəniz, övladınız kor ola bilər –  VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Havalar yavaş-yavaş isinir. Özünü asta-asta göstərən günəşdən qorunmaq üçün gün eynəklərindən istifadə isə zəruridir. "Uşaqların xüsusi ilə qızmar günəş şüalarından qorunması üçün günəş eynəkləri məsləhətlidir. Lakin düzgün seçim edilməzsə, korluq yarana bilər.

 

Bu sözləri medicina.az saytına pediatr Gülnar Abdullayeva  deyib.

 

"Yayda günəş şüalarından həm dərimizi, həm də gözlərimzi qorumalıyıq. Ümumiyyətlə, göz günəş şüalarına həssas olan orqanlardan biridir. Sadə amma keyfiyyətli gün eynəklərindən istifadə etmək lazımıdır. Gün eynəklərində xüsusi təbəqə var ki, o, günəşin ultrabənövşəyi şüalarının qarşısını alır. Bəzən allergiyası olan uşaqlar var. Balacaların gözləri yaşarır, su axır, qızarır. Bu kimi problemlərin qarşını almağa məhz gün eynəkləri kömək edir. Lakin düzgün seçim edilmədikdə böyük fəsadlar verə bilər. Plastmas və ya qeyri- müəyyən tərkibli gün eynəklərindən istifadə etdikcə, uşağın görməsi zəifləyir. Günəş şüası birbaşa gözün selikli qişasına təmas edir. Nəticədə isə göz zədələnir”. 


Mütəxəsislər bildirir ki, uşaqlara gün eynəyi alarkən bir neçə incə məqama xüsusi ilə diqqət etmək lazımdır.


• Şüşəsi möhkəm, gec qırılan olmalıdır 


• Şüşələri UB filtrli olmalıdır.


• Uşaqların dəcəlliklərini nəzərə alıb, arxası elastik iplə bağlı olmalıdır.


• Ucuz qiymətli eynəklərdən tamamilə uzaq durulmalıdır.


• Çərçivəsindəki boyanın kimyəvi tərkibi barədə məlumat almaq.


• Çərçivənin sapının qulağa tam oturmaması və qabaqda qalması diqqət pozulmalarına səbəb ola bilər.


Uşaqlarınızı eynək seçərkən çərçivə və eynək şüşələrinin mütləq zəmanət sənədlərini və CE sertifikatların tələb edin. Çünki bazarlarda dəyişik ölkələrdə istehsal olununan zəif xüsusiyyətli şüşələr mövcuddur. Mütəxəssislərin sözlərinə görə, əslində, ultrabənövşəyi şüalar günəşdən gələn yeganə ziyan deyil. Yeni tədqiqatlar göstərir ki, "göy işıq” adlanan yüksək enerjili işıq şüalarının gözə uzunmüddətli təsiri də gözlərdə mütləq narahatlıqlara səbəb ola bilir. Xüsusi olaraq, bəzi alimlər hesab edirlər ki, UB şüaların gözlərə uzunmüddətli təsiri gələcəkdə makulyar degenerasiyanın yaranmasına gətirib çıxarır.