Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dodaq uçuğundan xilas olmağın ən asan yolu - TÜRKƏÇARƏ

  • 2018.12.16 15:36
  • 10196 Baxış
Dodaq uçuğundan xilas olmağın ən asan yolu -  TÜRKƏÇARƏ
Herpes bizi ən çox narahat edən xəstəliklərdən biridir. Çox vaxt yüngül forması müşahidə edilsə də, ondan qurtulmaq asan olmur.


Bu xəstəliyin əsas əlamətlərindən biri dodaqda yaranan səpkidir. Bu səpki qaşınıb göynəməklə bərabər həm də çox pis görüntü yaradır.


Medicina.az Publika-ya istinadən xəbər verir ki, herpesi xalq təbabəti üsulları ilə sağaltmaq mümkündür.


Aloya


Herpes səpkisi olan hissəyə iki saatdan bir aloe şirəsi sürtün. Bundan əlavə yarpağın iç hissəsini üzərinə qoyub gözlədin.


Süd


Pambığı yağsız südə batırıb hər 2-3 saatdan bir yaranı silin. 


Sarımsaq


Sarımsağın bir dişini əzib səpkinin üzərinə yayın. Sarımsaq sıyığı ilə müalicə bir az qoxulu olsa da, kifayət qədər effektivdir.