Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dodaq çatlayır, dəridə qızartı yaranırsa... - Xəstəliyinizdən xəbərdar olmaq üçün oxuyun

  • 2017.09.20 11:21
  • 21937 Baxış
Dodaq çatlayır, dəridə qızartı yaranırsa... -  Xəstəliyinizdən xəbərdar olmaq üçün oxuyun
İnsan orqanizmində bəzən vitamin çatışmazlığı səbəbindən bəzi narahatlıqlar baş qaldırır. Əslində bu, özünü müəyyən əlamətlərlə biruzə verir. Çoxları isə bu hala adi yanaşaraq baş verə biləcək təhlükənin fərqində olmurlar. 


Medicina.az vücuddakı bəzi vitamin və mineralların əksikliyinin simptomlarını təqdim edir:



Dodaqlarınızda çatlama varsa, bu, B12 vitamininin əksikliyi deməkdir. 


Dərinizdə qızartı varsa, bu B qrupu vitaminlərinin azalmasından xəbər verir. 


Gözləriniz qızarmağa başlayırsa və bu hal artırsa, bu, B6 vitaminin yetəri qədər olmaması deməkdir.


Dəmir və kalsium çatışmadıqda dırnaqlar daha tez qırılır. 


Ayaqlarınızda uyuşma hissi varsa dəmir, B6 vitamini qəbul etməlisiniz. 


C vitaminin əksikliyi diş əti xəstəliyinin xəbərçisi ola bilər. Təbii ki, diş daşları da bu vəziyyəti yarada bilər. Bunun üçün ən düzgün diaqnozu həkiminiz təyin edə bilər. 

Özünüzü hədsiz yorğun hiss edirsinizsə bu, dəmir, B və C qrupu vitaminlər qrupunun əksikliyindən xəbər verə bilər.
Dodaq çatlayır, dəridə qızartı yaranırsa... -  Xəstəliyinizdən xəbərdar olmaq üçün oxuyun