Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dodağına gel doldurdu, ağzı çürüdü

  • 2022.01.28 15:19
  • 1661 Baxış
Dodağına gel doldurdu, ağzı çürüdü
Amerikalı qadın kosmetoloq bacarıqsızlığının qurbanı olub. Belə ki, dodağını daha həcmli görünməsini istəyən Çandra Mortonun dodağı əvəzinə arteriyasına dolğu vurulub.

26 yaşlı qadının sözlərinə görə, dodaqlarının formasını çoxdan dəyişdirmək istəyib. Dostlarının bir çoxunun müvafiq prosedurdan uğurla keçdiyi üçün o, tərəddüdsüz kosmetoloqa yollanıb. Ancaq prosedur bitdikdən az sonra onun dodaqları hissizləşib və ağarıb.


Bundan əlavə, qadının üzü qabarcıqlarla örtülüb və şiddətli ağrı hiss edib. Morton xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb. Burda isə dəhşətli həqiqət ortaya çıxıb.

Vaxtında müdaxilə sayəsində qadın artıq sağalmağa başlayıb. Lakin həkimlərin fikrincə, Morton bir az gec kömək istəsəydi, onun dodağı nekroz səbəbindən düşə bilərdi.

“Mən bunu bir daha heç vaxt etməyəcəyəm”,- deyə o, bildirib.