Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

DNT analizi ilə illərdir xəbərsiz olduğu 18 bacı-qardaşını tapdı

  • 2022.01.07 15:48
  • 2484 Baxış
DNT analizi ilə illərdir xəbərsiz olduğu 18 bacı-qardaşını tapdı
ABŞ-ın Nebraski şəhərində kişi öz DNT analizini apardıqdan sonra məlum olub ki, onun 18 doğma bacı qardaşı var. Onların mövcudlğu barədə özü və qardaşı illərlə xəbərsiz idi.

Medicina.az xəbər verir ki, Saathoflar özləri də süni mayalanma ilə dünyaya gəlib və onların ataları yerli tibbi mərkəzlərin birində sperm donoru olub. Və onun biomaterialı ilə dünyaya 18 uşaq gəlib.

Artıq oğul bioloji doğmalarının bəzilərini tapıb,onlara sosial şəbəkə vasitəsilə yazıb.

18 uşağın böyüyünün 27, kiçiyinin 12 yaşı var. Onlar ABŞ-ın müxtəlif şəhərlərində, ştatlarında yaşayır və onlar da məsələdən xəbərsiz idilər.

“Mən onlardan bir neçəsinin şəklini görəndə heyrətləndim. Biz xarici görünüşcə eyniyik” – deyə Saathoff etiraf edib.
İndi o bioloji atasını axtarıb tapmaq və övladları ilə görüşdürmək istəyir.