İngiltərənin Mançester universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, tez bazar küçədə və ofisdə fast food yeyən insanlarda depressiyaya düşmə, özünə qapanma riski 40% artır.
Medicina.az xəbər verir ki, 11 elmi araşdırmanın nəticəsi olaraq bu qənaətə gəlinib.
Bütün elmi araşdırmalarda 16-72 yaş arası 100 min könüllü insan iştirak edib.
Onlar qida rasionları barədə sorğunu məlumatlandırıblar. Daha sonra onların psixi problemləri, depressiv simptomlara meyilliyi təyin edilib.
Hər iştirakçıya xüsusi dietik iltihabi indeks təyin olunub: bununla onların qida rasionunda nə qədər zərərli qida təşkil edildiyi aşkarlanıb.
Nəticədə məlum olub ki, fast-food, küçə yeməyi, zərərli qida, çips, kartof free xoşlayanlar və həftə ərzində bu qidaları 2-3 dəfə və çox qəbul edənlərdə depressiya, psixoz, nevroz, özünəqapanma halları daha çox rast gəlinir.
Azərbaycanda isə fast-food qidalarına dönər və hamburgerlər daxildir.
Bu qidaları yeyənlərin bağırsaqlarında və digər orqanlarda iltihab payı da çox olmuşdur. İltihabi proseslər isə immuniteti çökdürü və sonda xərçəngə səbəb ola bilir.