Ukraynanın Kaxovka vilayətində baş verən faciədən çoxlarımızın xəbəri var. Şirin su hövzəsinin partlaması nəticəsində bir çox ərazilər su altında qaldı. Bu ekoloji faciədən nəinki Ukrayna, eləcə də ətraf dənizlər və şəhərlər zərər görəcək.
“Medicina” xəbər verir ki, həkim pediatr Komarovskinin sözlərinə görə, Kaxov vilayətindəki dambanın ruslar tərəindən partladılması nəticəsində bir çox ərazilərin insanları sağlamlıq problemləri ilə üz – üzə qalıb. Sağlamlığımızı qorumaq, yolxucu və digər xəstəliklərdən uzaq olmaq lazımdır.
“Unutmaq olmaz ki, Dnepr çayı Qara dənizə axır. Kaxovka faciəsi təkcə 18 miyard kub metirlik şirin su deyil. Bu qəbristanlıq, ferma, gübrə, yüzlərlə qazılmış tualet çalaları, peyin, kanalizasiya sistemlərini su altında qalması, zibil tullantıları, heyvan ölülərinin məzarlıqları və yuz tonlarla ölmüş balıqların Qara dənizə axıdılması deməkdir. Bu da bağırsaq infeksiyalarının baş vermə ehtimalı yüksəldir.
Odessa dəniz kənarını Dnepr çayı sahillərindən 100 kilometr ayırır. Rumıniya, Bolqariya sahilləri ən çox risk altındadır. Buna görə çox ehtiyatlı davranmaq lazımdır.
Söhbət kəskin bağırsaq infeksiyaları riskindən getdikdə, bu, təkcə tif və xoleranın inkşafı deyil, bağırsaq çöpləri və salmonella infeksiyalarıdır ki, həm ölümcül xəstəliyə səbəb olur. Ona görə də ən böyük risk içməli sudur.
Ona görə insanlar içdikləri suyu ya 4-5 dəqiqə qaynatdılmalı ya da filtirləşdirilmiş su içməlidir. Ən pis halda suyu dezinfeksiya etmək üçün dərman tabletləri istifadə etməlidir.
Sudan əlavə Ukraynada olan hər kəs bilməlidir ki, toxunan, ağza dəyən hər şey dezinfeksiya olunmalıdır. Qad –qacaq, stol –stul, hətta geyim vəs.
Digər əşya və ya geyimlərin dezinfeksiya edilməsi üçün adi ağardıcı yuyucu tozlardan istifadə eləmək olar.
Qeyd etmək lazımdır ki, alma sirkəsi də effektiv vasitə hesab oluna bilər”.
Gunay Quliyeva