Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dizləri ağrıyanlar üçün yapon metodu – 81 yaşlı kişi bu üsulla xilas olub

  • 2020.02.13 20:17
  • 5083 Baxış
Dizləri ağrıyanlar üçün yapon metodu –  81 yaşlı kişi bu üsulla xilas olub


Bu metod çin və yapon yaşlı adamlarının hər gün etdiyi üsuldur. Diz oynaq, qığırdaq, ağrı, dizlərdə gücsüzlük zamanı çox effektivdir. Metodun yaş həddi yoxdur. 30 yaşından 90 yaşına kimi hər kəs edə bilər.

Medicina.az xəbər verir ki, hər gün səhər və ya axşam bu metodu edirsiz. Yerə bir qədər qalın odeyal və ya palaz sərirsiz. Yaxşı olar ki, divanın qarşısında olsun.
Dizlərinizi masaj edib, qan dövranını artırırsız.

Sonra dizləriniz üzərində bir əlinizlə divandan tutaraq, ağırlığınızı çiyin hissəyə salmaq şərtilə , həm də yaşlı insanlar belə daha rahat hərəkət edir, dizləriniz üstə gəzirsiz. Təxminən 10 metr. 5 metri o tərəf bu tərəfə gedib gəlmək də olar.
Divan yoxdursa yumruqlarınızı bərkidib, döşəməyə qoyaraq, bədənin ağırlığını yenə də qollara sala bilərsiz.

Dizlərinizi yavaş və az məsafəli aralarla irəlilədin, sürtməyin, sanki addım atırmış kimi edin. Kəskin ağrı hiss edəndə, yorulanda dayanın.

Əvvəlki günlər 1-2 dəqiqə edin, sonra 3-5 dəqiqəyə çatdırın.
Əgər bunu 21 gün edə bilsəz o zaman ağrı nədir unudacaqsız.

81 yaşlı kişi də bu metoddan hər gün istifadə etdiyini bildirib və onun dizləri hətta 10 il əvvəlkindən də daha yaxşı olub. Eləcə də o gündə bir dəfə dizlərinə isti-soyuq su növbələməklə kontrastlı duş edir.