Bu problem bir çox qadınları narahat edir. Qara dizlər qadına ciddi diskomfort və paltar seçimində məhdudiyyətlər yaradır.
Medicina.az dizləri ağartmaq üçün 3 sadə resept təqdim edir:
- Qatıq və duz. Qatığı narın duzla qarışdırıb problemli dəriyə sürtün və massaj edin. Maskanı dəridə bir qədər saxlayın və sonra yuyun.
- Soda və su. Sodanı az miqdarda suda həll edin, pambıq batırın və dəriyə sürtün.
- Hidrogen peroksidi ("perekis"). Pambığı isladın və dəriyə çəkib saxlayın, sonra isə yuyun.
Bu sadə vasitələrin köməyi ilə diz və dirsəklərin qaralmış dərisini ağartmaq olar